ABŞ müttəfiqləri ilə hesablaşmır

BUSP-az.com Rian-a istinadən xəbər verir: Amerika, Britaniya və Avstraliya arasında AUKUS hərbi alyansı G7 sammitində Makrondan xəbərsiz razılaşdırılıb.  Vaşinqton iyun sammitində Fransanı oyundan kənarda saxlamaqla bütün müttəfiqlərinin etimadını itirib. Üç ölkə arasında sövdələşməyə Britaniyanın o zamankı XİN naziri Dominik Raab da qatılıb.  Ehtimal etmək olardı ki, bu gizli sövdələşmə Fransa və digər müttəfiqləri narazı salacaq.  Kanberra Fransanın Naval Group şirkəti ilə sualtı qayıq razılaşmasını ləğv etdiyini elan edəndən sonra NATO üzvləri arasında bütün etimad bağları qırıldı. 56 milyard avroluq bu müqavilə əsrin müqaviləsi adlanırdı. Müqaviləyə əsasən Fransa Avstraliya üçün 12  Barracuda tipli sualtı qayıq istehsal etməli idi. Fransa Vaşinqton və Kanberradan izahat gözləyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir