ABŞ: Narkotika faciəsi

BUSP-az.com Rian.ru-ya istinadən xəbər verir: Amerikalı milyarder Piter Brantın 24 yaşlı oğlu Harri dünyasını dəyişib. Gəncin narkotikadan ifrat istifadə (overdos) nəticəsində həyatını itirdiyi bildirilir. Bu barədə PageSix portalı Brant ailəsinə istinadən xəbər yayıb.
ABŞ narkotikadan ölüm statistikasına görə dünyada birinci yerdədir. 2018-ci il statistikasına görə ABŞ-da 63632 insan narkotikadan ölüb. Bu 1 mln nəfərə qarşı 300,7 nəfər deməkdir. Amerikada marixuana satışı azaddır, kokain və heroin kimi güclü narkotik vasitələr əldə etmək olduqca asandır. Ölkəyə hakim rejimin problemlər listində narkotika öndə gəlmir, hətta buna şərait yaradılır deyə bilərik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir