ABŞ Qarabağda sülh prosesini pozur!

BUSP-az.com INTERFAX.RU-ya istinadən xəbər verir: Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Qarabağda sülh prosesi ilə bağlı bəyanatı gündəmdədir. XKX-nin başçısı bildirib ki, Vaşinqton Qarabağda sülhü pozmaq üçün Ermənistan və Azərbaycanı qızışdırır. Narışkin deyib: “Rusiyanın iştirakı ilə Bakı ilə Yerevan arasında razılaşma əldə edilməsi NATO ölkələrini narahat edir, amma bunu gizləməyə çalışırlar. ABŞ və onun Avropadakı müttəfiqləri Moskvanın vasitəçiliyindən narazıdırlar. Bu sülh razılaşması Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını alt-üst edib. Bizdə olan məlumata görə bəzi qərb ölkələri erməni və azərbaycan millətçilərini qızışdırır ki, sülh razılaşması pozulsun. Erməniləri qıcıqlandırırlar ki, Qarabağda sülh razılaşması Yerevanın böyük məğlubiyyətidir. Azərbaycanlılara təlqin edirlər ki, Moskva onları qəti qələbədən məhrum edib.
Narışkinin sözlərinə görə, ABŞ və onun avropalı dostlarını günahsız insanların ölümü narahat etmir, onlar öz mənafelərinin təmininə çalışırlar. Onlar Regionda yaranmış balansı demontaj etmək üçün xalqlar arasında ədavəti qızışdırmaq yolunu seçiblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir