ABŞ: Qlamur həyatın pərdəarxası

Amerikaya qanuni və qeyri-qanuni mühacir axını bu ölkə haqqında miflərdən qaynaqlanır. Öz ölkəsində ən azı ev, torpaq, kiçik satış köşkü sahibi ola biləsi insanlar Amerikada lyuks həyat nağılına aldanıb bu ölkəyə mühacirətdən sonra çox vaxt dilənçilik edir, bomj həyatı yaşayır və möcüzə gözləyir. Gözləyir ki, bir gün bəxti açılacaq, milyonlara sahib olacaq. Xam xəyallar! Çünki Amerikada həyatın hansı səviyyədə olduğunu bu ölkəyə mühacirət edənlərdən öyrənməyiblər!
RF vətəndaşı Solomatin yazır:
Mən müxtəlif vaxtlarda 5 dəfə Amerikada olmuşam. Daha çox Kaliforniya, Nevada, Yuta, Arizonada yaşamışam. Yalnız həyat səviyyəsi ilə tanış olmaq üçün bir həftəlik Çikaqoya uçmuşam. Nyu-Yorka səfərim də cəmiyyətlə tanışlıq üçün olub. Rusiyada həyat səviyyəsinin ABŞ-dan yüksək olduğunu iddia etmirəm. Amma mən 10 sahədə Amerikanı geridə gördüm.
1.Rusiyada qiymətlər göz qabağındadır. Alacağınız şeyin üzərində qiyməti var. ABŞ-da malın üstündəki qiymət vergisiz qiymətdir. Kassada sizə deyiləcək qiymət fərqlidir. Müxtəlif ştatlarda malın üstündəki qiymətə 4-12 faiz əlavə edilir. Hər ştat fərqli vergi təyin edir.

2.ABŞ-da mobil rabitə və internetin əhatə dairəsi çox məhduddur. Mərkəzi parklarda belə bəzən internet ya yoxdur, ya da sürət çox aşağıdır.
3.Dünyanın bəlkə də ən keyfiyyətsiz kofesi ABŞ-dadır. Mən Amerikada Rusiyanın Lukoyl məntəqələrində verilən keyfiyyətdə kofe görmədim. Mən maşına Lukoylda yanacaq vururam ki, yolüstü bir kofe içim. ABŞ-da kofe paketdə dəmlənir. Bəli, qiyməti ucuzdur. Amma tam keyfiyyətsiz bir kofe!
4.ABŞ-da maşın yollarının sahəsi piyada yollarının sahəsindən çox böyükdür. Rusiyada piyada gəzmək rahatdır və əhali buna üstünlük verir. ABŞ-da isə addımbaşı maşın yolu qarşınızı kəsir.
5.Mobil telefonla ödəniş sistemi ABŞ-da yaransa da bu ölkədə əksəriyyət nağd hesablaşır. Əksər ticarət mərkəzlərində hətta kartla hesablaşmaq üçün terminal yoxdur. Bugünkü Rusiyada siz nağd pulsuz, bank kartı ilə rahat keçinə bilərsiniz.
6.Qızardılmış və yağlı yeməyən insanlar üçün ABŞ-da qidalanma özü bir problemdir. Əgər qızardılmamış və yağsız bir şey tapsanız hökmən istiotu sizi alovlandıracaq. Qısası, Amerikada rahat qidalnmaq üçün çox sağlam mədən, həzm sistemin olmalıdır. Rusiyada kafe və restoranlarda da pəhriz xörəkləri üstünlük təşkil edir.
7.Rusiyada dəmir yolu ilə səfər ənənəyə çevrilmiş həzdir. ABŞ-da insanlar daha çox şəxsi avtomobillə səfərə çıxır.
8.ABŞ-da ölçü vahidləri olduqca çeşidlidir. Benzin qallonla ölçülür. 1 qallon 3,79 litrdir. Yol millə ölçülür. 1 mil 1,61 km-dir. Bütün bunlar hesablamada çətinlik yaradır.

9.Bomjlar, evsiz insanlar ABŞ-ın ciddi problemlərindəndir. Hara gedirsənsə evsiz insanlar diskomfort yaradır.
10.Moskvada, Sankt-Peterburqda metro ilə şəhərin ən ucqar nöqtələrinə asanlıqla getmək olar. Amerikada ictimai nəqliyyatla hərəkət olduqca ağırdır və böyük vaxt itkisinə səbəb olur. Hətta Nyu-York metrosu Rusiyanın istənilən metrosindan çirkli və komfortsuzdur…
Maksim Ruslyakov vc.ru-da yazır:
Amerikaya qədəm qoyduğun zaman səni ilk narazı salan pasport nəzarət məntəqəsində yubanmaqdır. Mən bu məntəqədə 3 saat itirdim. Səbəb az işçi qüvvəsidir. Bu yolla qənaət edirlər. Rusiyada Şeremetyevada sərhədçi zabit ayda 520 dollar alırsa, Nyu-Yorkda eyni postun maaşı 6580 dollardır. Taksi qiymətləri 5-8 dəfə Rusiyadakından bahadır. Yalnız böyük şəhərlərdə amerikalılar internetlə, bank kartı ilə hesablaşır. Əksər yerlərdə nağd hesablaşma üstünlük təşkil edir.
Amerikada bir ay qalası olsan hökmən çəkin artacaq. Bu Amerikanın xoşbəxtliyi yox, bəlasıdır. Mənşəsi müəmmalı olan qidaların əksəri insanı kökəldir. Rusiyanın Makdonladsları ABŞ-ın Makdonladslarından təmiz və keyfiyyətli xidmət göstərir.
ABŞ-da mediada, televiziyada doğru söz eşitmək çətin məsələdir. Şou – şişitrmə, bəzəmə, rəngləmə bütün proqramlara hakim olub. Prezident danışıb qurtaran kimi növbəti proqramda onun bütün sözləri inkar edilir.
Pulun hakim olduğu bütün cəmiyyətlər oxşar problemləri yaşayır. Xərclər ağır olduğundan insanlar daim qazanc dalınca qaçır, qazancını artırmaq üçün yollar axtarışındadır. Artıq fərddən başqaları üçün fədakarlıq gözləməyə yer qalmır. Onun öz işlərinə vaxtı çatmırsa, başqalarına necə vaxt ayırsın?! Rusiyada milyonçu olmaq həvəsi Amerikadakı kimi kütləviləşməyib. İnsanlar sadə yaşayır, lyuks həyat normativi yoxdur. Kitab, elm, incəsənət, mədəniyyət də məhz sadə həyat tərzinin hakim olduğu cəmiyyətlərdə ictimailəşir. Hollivud dünyanın ən bahalı, Mosfilm ən patriot filmlərini çəkir. Bu fərq ölkə başçılarının şəxsiyyətində də özünü göstərməkdədir. ABŞ prezidentləri adətən siyasətçilər yox, aktyor və şoumenlər arasından seçilir. Ukraynadakı amerikapərəst rejimlərdə də oxşar tendensiyalar yaşanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir