ABŞ Rusiyanı əsas düşməni elan etdi!

BUSP-az.com DNİ.ru-ya istinadən xəbər verir: Dünya ABŞ-la Rusiya arasında münasibətlərdən hələ də baş açmır. Rusiya seçkilərə müdaxilə etdi deyirlər və seçkidən sonra hakimiyyətə gələn hökumət yenə Rusiyanı düşmən elan edir.

Siyasi Kommunikasiyalar İnstitutunun prezidenti İvan Mezyuxo ABŞ dövlət katibinin etirazını Kremlə çatdırıb. Mezyuxo əmindir ki, Ağ Ev Moskvanı bir nömrəli düşməni sayır.

ABŞ dövlət katibi elan edib ki, Rusiya və Çin Amerikanı diskreditasiya edir. Ağ Ev özünü elə aparır ki, guya Rusiya və Çindən başqa bütün dünya ölkələri Amerikanın yanındadır. Əslində ABŞ dünyada nüfuzunu itirir. Əksər ölkələr ABŞ-ı öz mənafeləri üçün çalışan, bu yolda demokratiya və insan haqlarını vasitəyə çevirən rejim sayır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir