ABŞ Rusiyaya qəfildən hücum edə bilər?

BUSP-az.com Nation-news.ru-ya istinadən xəbər verir: Tanınmış politoloq Satanovski ABŞ-ın Rusiyaya qəfil hücumunu mümkün sayır. Yevgeni Satanovski deyir ki, Pentaqon rəsmilərinin Rusiyanın Amerikanın düşmənləri sırasında olmadığını deməsi onların aktiv hərbi yerdəyişmələri ilə kardinal ziddiyyət təşkil edir. Məşhur politoloq öz Telegram-kanalında bu barədə yazır və ABŞ məmurlarının “sülhsevər” vədləri ilə tarixi faktların analogiyasını verir. Satanovski yada salır ki, Hitlerlə müharibədən qabaq da biz Almaniyanın rəsmi düşməni sayılmırdıq. Ekspert Amerikanın Rusiya sərhədləri yaxınlığında hərbi aktivliyini ayıq başla dəyərləndirməyə çağırır. Satanovski yazır: Amerikalılar bütün qonşularımızı bizim üstümüzə qaldırır. Onları silahlandırırlar, təlim keçirlər. Pentaqonun dostluq bəyanatları dezinformasiyadır, onlar hərbi bazaları ilə Rusiyanı mühasirəyə alır…

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir