ABŞ Türkiyə helikopterlərinə qadağa qoydu

BUSP-az.com RİA-ya istinadən xəbər verir: ABŞ Türkiyə helikopterlərinin Pakistana ixracını bloklayıb. Türkiyə tender əsasında Pakistana 30 zərbə helikopteri verməli idi. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib ki, bu qadağanın səbəbi Rusiyadan alının S-400 sistemləridir. Güman ki, Pakistan artıq Çindən helikopter almalı olacaq. Türkiyə ilə Pakistan arasında 30 helikopterlə bağlı razılaşma 2018-ci ildə imzalanıb. 30 helikopterin dəyəri 1,5 milyard dollar idi və bu müamilə Türkiyə tarixində ən böyük müamilələrdən olacaqdı. Bu helikopterlərin mühərriki ABŞ-dan alınırdı. ABŞ konqresi Türkiyəyə silah satmağı qadağan edib. Artıq Türkiyə özü mühərrik istehsal etmək məcburiyyətindədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir