ABŞ Türkiyə karvanına hücumu pisləyir

BUSP Ria.ru-ya istinadən xəbər verir: Yaxın Şərqdə o cümlədən Suriyada imkanları məhdudlaşan ABŞ vasitələrlə öz mənafeini qorumağa çalışır. Hazırda Suriyada öz hərbçiləri üçün ciddi təhlükə hiss edən Vaşinqton Türkiyə vasitəsi ilə öz planlarını həyata keçirməyə çalışır. Suriya ordusu haqlı olaraq Türkiyə hərbçilərinin Suriya torpaqlarına daxil olmasını təcavüz kimi dəyərləndirib, buna qarşı hərəkətə keçir. Son günlər İdlibdə baş verən hadisələr Türkiyə hərbçilərinin böyük rüsvayçılıqla Suriya torpağını tərk etməli olduğunu sübuta yetirdi. Vaşinqton bəyanat yayaraq Suriya torpağındakı Türkiyə hərbçilərinə qarşı əməliyyatları pisləyib. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Suriya ordusunun artilleriya hücumu nəticəsində 5 türk hərbçisi həlak olub. Vaşinqton Türkiyə hərbçilərinin ölümünü təsəvvürə gəlməyən hadisə kimi dəyərləndirib. Amerika Suriya ərazisindəki əməliyyatlarda Türkiyəyə dəstək vəd edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir