ABŞ və Almaniya deklorasiya imzalayıb

BUSP-az.com Ria.ru-ya istinadən xəbər verir: ABŞ və Almaniya Vaşinqton deklarasiyası imzalayıb. ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Angela Merkel Ağ Evdə mətbuat konfransı keçirib. Deklarasiyada  hər iki ölkənin demokratik prinsiplərə, dəyərlərə, institutlara sədaqəti elan olunur. Vaşinqton və Berlin açıq dünyanı müdafiə etməyi öz öhdəsinə alır. Tərəflər vahid və təhlükəsiz Avropa uğrunda da çalışacaqlarını bildiriblər. Merkel iki ölkə arasında əsas problemlərdən olan Şimal axını-2-yə də münasibət açıqlayıb. Amma bu məsələnin təfərrüatına varmayıb. Əslində görüşdə əsas müzakirə mövzularından biri bu olub. Amerika iqtisadiyyatının süqutu Avropa ölkələrində özünü xilas etmək fikrini çoxdan yaradıb. Artıq Almaniya da milli mənafeləri nəzərə alaraq Amerikanın dünya miqyasında zərərlərinə şərik olmaq istəmir, lazım gələndə Rusiya ilə əməkdaşlığa gedir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir