ABŞ və İsrail əlaqələri

ABŞ və İsrailin ikitərəfli əlaqələri 1948-ci ilə qayıdır. Yəni, İşğalçı İsrail təsis olunduğu və ABŞ-ın İsraili rəsmi olaraq  tanıyan ilk dövlətlərdən biri olduğu vaxtlar. İki ölkə arasında olan əlaqələr ötən illər ərazində  çox yaxşı idi. Çünki Amerika İsraili himayə edirdi. Həmçinin, Amerika İsrailə ərəb ölkələri əleyhinə olan üçtərəfli təcavüzü zamanı –  1956, 1967-ci illərdə və Oktyabr müharibəsi zamanı pul və silahla bu ölkəyə yardım edir, həmçinin, yəhudi lobbisi bu ölkədə (Amerikada) qüdrətli olduğu üçün İsraili himayə edirdi.

Biz bu məqalədə  Amerikanın mühüm şirkətlərini və onların işğalçı sionistləri himayə etməsini ətraflı qeyd edirik;

1. Caterpillar şirkəti

Bu şirkət dizayn, inşaat, biznes, ağır maşın, motosklet cihazlarının satışı sahəsində ixtisaslaşmış şirkətdir.

Bu şirkət xüsusi olaraq fələstinlilərin İordan çayının Qərb sahilində və Fələstində yerləşən evlərini dağıtmaqdan ötrü İsrail ordusu üçün buldozerlər istehsal edir. İsrail ordusu həmçinin, Qəzzanın mühasirəsini gücləndirmək, İordan çayının Qərb sahilinin təmizlənməsi və ora yaxın şəhərlərə həmlə etməkdən ötrü həmin buldozerlərdən istifadə edir. Qeyd edək ki, İsrail əsgərləri Caterpillar şirkətinin buldozerindən istifadə etməklə amerikalı fəal Rachel Corrieni 2003-cü ildə qətlə yetirmişdir.

2. Combined Systems şirkəti

Müxtəlif növdə hərbi cihazların istehsalı üzrə mütəxəssis. Şirkətin mərkəzi ofisi Pensilvaniya ştatındadır. Böyük Point Lookout qrupuna bağlıdır. İsraili yüngül silahlar, təhlükəsizlik cihazları, gözyaşardıcı qaz və əl qumbaraları ilə təmin edir.

Ötən may ayında təhqiqatçıların məlumatına əsasən İsrail  özünün daşınan hərbi avadanlıqlarının hazırlanması və onların fələstinlilərə qarşı Venom zəhərli qaz raketləri ilə təchiz edilməsi üçün bu şirkətin məhsullarından istifadə edir.

3. Ford şirkəti

Müxtəlif nəqliyyat vasitələrinin istehsalı ilə məşğul olur.

İsrail ordusu yaradıcı istifadə məqsədiylə Ford şirkətinə bağlıdır. Bu şirkət 2003-cü ildə İsrail üçün nəzərdə tutulmuş hərbi nəqliyyat vasitələrinin istehsalına başlamış və İsrailin Hattihof şirkətinə zirehli personal daşıyıcı adıyla Ford F550 avtomobillərini inkişaf etdirməsinə dair icazə vermişdi. Amerika şirkəti 2016-cı ilə qədər F350 nəqliyyat vasitələrini İsrailə təqdim etmiş və İsrailin ”Elbit sistem” hərbi şirkətinə icazə vermişdi ki, pilotsuz uzaqdan idarə edilən nəqliyyat vasitələri adıyla istifadə etmək üçün müəyyən islahatlar aparsın.

4. Monsanto şirkəti

Zəhərli kimyəvi maddələrin istehsalında mütəxəssis şirkətdir.

İsrail ordusu zəhərli və xərçəngə səbəb olan kimyəvi maddələrin, həmçinin, əkinçilik sənayesi məhsulları üçün yanacaq maddələrinin istehsalında bu şirkətə arxalanır. İsrail ordusu bu maddələrdən işğal etmək istədiyi Fələstin torpaqlarında  səpməkdən ötrü istifadə edir. Qeyd edilməlidir ki, İsrail ordusu Fələstinin əkin sahələrini müsadirə edən zaman bu maddələrdən Caterpillar buldozerləri ilə birlikdə istifadə edir.

5. Remington şirkəti

Silah silah-sursat və hərbi təchizatlar şirkəti.

Bu amerikan şirkəti İsrail ordusuna 7.62 milli metrlik mühimmatla birlikdə M24 markalı tək güllə atan silahlar təqdim edir. Bu cür silah-sursatlar yaralıların bədənlərində partlayır. Bu şirkət həmçinin İsraili Tavor silahları ilə də təmin edir. Amerikalı ”insan haqları” araşdırmaçısı və silah mütəxəssisi Bryan Kastnerin dediyinə görə bu silahlar Amerika Birləşmiş Ştatlarında ahu ovunda isitifadə edilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir