Almaniya ABŞ-ı Nord Stream 2-yə qarşı sanksiyaları dayandırmağa çağırır

BUSP-az.com TASS-a istinadən xəbər verir: Almaniya İqtisadiyyatı Şərq Komitəsi ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosiyə məktub ünvanlayıb. Məktubda bildirilir ki, Co Baydenin qələbəsi transatlantik əməkdaşlığı qarşısında maneələrin aradan qaldırılacağına ümid verir. Şimal Axını 2-yə qarşı maneələr Almaniya iqtisadiyyatına ağır zərbədir…
Respublikaçılar 4 iyunda Şimal Axını 2-yə qarşı sanksiyaların genişləndirilməsi üçün konqresə müraciət edib. Sənəd 2017-ci ildə qəbul edilib. Məqsəd Rusiya ilə böyük müqavilələri əngəlləməkdir. Şimal Axını 2 layihəsinə görə Rusiyadan Almaniyaya qaz nəqli xətti çəkilir. Qaz kəmərinin 93 faizi hazırdır. 2019-cu il dekabr ayında Allseas şirkəti ABŞ-ın sanksiyalarına görə işi dayandırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir