Amerika brendlərinin məntiqsiz yüksək qiyməti

BUSP LaOpinion-a istinadən bildirir: Dünya ölkələrində Amerika brendlərinə qarşı antipatiyanın bir səbəbi də bu malların maya dəyəri ilə satış qiyməti arasında böyük fərq olmasıdır. TechInsights şirkətinin analitikləri 512 GB yaddaşlı iPhone 11 ProMax-ın qiymətini hesablayıb. Bu barədə Daily Mail xəbər verir. Bu markanın maya dəyəri 490,5 dollar civarında dəyərləndirilir. Hansı ki, cihaz Amerikada 1249 dollara satılır. iPhone 11 ProMax-ın kamerası 73,5 dollar, displeyi 66,5 dollar, prosessoru (A13 Bionic) 64 dollara başa gəlib. Smartfon Rusiyada daha baha satılır: 131990 rubl.
Mobil cihaz istifadəçilərinin Apple məhsullarından imtinası təkcə bu cihazların baha olması ilə bağlı deyil. Brend pərdəsi altında bir cihazı maya dəyəri ilə müqayisədə üç qat baha satmaq müştəriləri qıcıqlandırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir