Amerika gənclərinin seksual aktivliyi sıfra yaxınlaşır!

BUSP-az.com AmericaRU-ya istinadən xəbər verir: Gənc amerikalıların seksual aktivliyi ictimai bəla səviyyəsində sıfıra yaxınlaşır. Gənclər arasında cinsi zəiflik baxımından tarixdə görünməmiş böhran yaşanır. Üç amerikalıdan biri 18-24 yaş arasında 2000-2018-ci ildə cinsi aktivlik yaşamayıb. Araşdırmalar göstərir ki, Amerika gəncləri dünyanın cinsi əlaqəyə ən maraqsız gəncləridir. Ekspertlər bu krizisi ABŞ-da yeniyetmələrin çətinliklə  böyük yaş mərhələsinə keçməsi ilə bağlayır. Journal of the American Medical Association-da dərc olunmuş hesabata əsasən Covid-19 pandemiyasından 2 il qabaq gənc amerikalıların seksual aktivliyi rekord minimuma enib. Amerikada bu aktivlik 25-34 yaş arasında, həm də subaylar arasında qeydə alınıb. San-Dieqo universitetinin ekspertləri gənclərin uzun müddət valideyindən iqtisadi asılı olmasını da maneə kimi vurğulayır. Sosial şəbəkələr, elektron oyunlara aludə insanların cinsi zəifliyi daha qabarıq müşahidə edilir. Amerika cəmiyyətinə hakim olan həyəcan və depressiya seksual aktivliyin əsas düşmənidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir