Amerika yollarında maşınların yaşı artır!

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Amerika tarixində ilk dəfə işlənmiş maşınların orta yaşı 12 ili keçib. Ölkə iqtisadi böhran yaşayır, cəmiyyətin əksəriyyətini təşkil edən aşağı təbəqə gündəlik qida dalıncadır. Belə bir şəraitdə yeni maşın sahibi olmaq əlçatmaz arzuya çevrilir. The Wall Street Journal, IHS Markit araşdırma firmasına istinadən xəbər verir ki, Amerika avtoparkında son 15 ildə qocalma gedir. COVID-19 dövründə bu proses daha da güclənib. Bunun bir səbəbi də keyfiyyətdə işlənmiş maşınlara uduzan yeni avtomobillərin yüksək qiymətidir. Marketoloqlar iddia edir ki, işlənmiş maşınlar daha keyfiyyətli istahsel edilib və maşın sahibləri bu faktoru yüksək dəyərləndirir.

Manheim Inc. Maşın auksionu təşkil edən təşkilat bildirir ki, ötən il bu illə müqayisədə  işlənmiş maşının qiyməti 48 faiz artıb.

Əgər 20 il qabaq bir maşın maksimum 100 min km gedişlə iki ya üç dəfə satılırdısa, bu gün avtomobillər tez-tez sahibini dəyişir və satılan zaman artıq 320 min km yol getmiş olur. Maşınları ümumi sayı da 2013-cü illə müqayisədə 10 faiz artaraq 280 mln ədədə çatıb. Bütün bunlardan nəticə çıxarmaq olar ki, Amerika avtomobil sənayesi ağır böhran keçirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir