Amerikada bütlər qırılır!

Busp-az AiF-ə istinadən xəbər verir: Amerikada qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi ardınca baş verən hadisələrdən biri heykəllərin aşırılmasıdır. Aksiyaçılar quldarlığa dəstək vermiş, qaraların hüquqlarını tapdamış hər kəsin heykəlini aşırırlar. Belə görünür ki, hədəflərdən biri də Amerikada quldarlığı ləğv etmiş prezident Abraam Linkolndır. Tarixə quldarlığı ləğv etmiş şəxs kimi adı düşən Linkoln qaralara necə yanaşıb? O deyir: Bu mübarizədə mənim əsas işim quldarlığı qorumaq ya ləğv etmək yox, ittifaqı qorumaqdır. Mən bir qul azad etmədən ittifaqı qoruya biləcəyəmsə, bu addımı atardım. Əksinə, ittifaqı qorumaq üçün bütün qulları azad etmək lazım olacaqsa, onları azad edərdim. Mən heç vaxt iki irqin sosial və siyasi bərabərliyi üçün çalışmamışam. Mən bu baxışın tərəfdarı olmamışam ki, qaralar səsvermə hüququ alsın, vəzifə tutsun, ağlarla evlənə bilsin. Əlavə edim ki, ağlarla qaralar arasında fiziki fərq var. Bütün insanlar kimi (?) mən də düşünürəm ki, ağlar hakim mövqedə olmalıdır!!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir