Amerikada korrupsiya

Birləşmiş Ştatları dünyaya cənnət kimi tanıdanlar arasında bunu bilmədən edənlər də var. Əksəriyyət isə buna görə muzd alır və təbii ki, Amerikadakı korrupsiya, işsizlik, evsizlik, narkomaniya, əxlaqsızlığı yada salanda vicdan əzabı çəkir.  

Amerika cəmiyyəti ölkədə işsizlikdən sonra korrupsiyanı əsas problem kimi dəyərləndirir. Gallup-un sorğusuna görə, amerikalıların 75-80 %-i ABŞ-da iş başına gələn hökumətləri korrupsiyalaşmış hökumət sayır. Ölkənin daxili borcu, büdcə xərcləri  hər gün artdığı bir zamanda ictimai rəylə razılaşmamaq olmaz.  Əgər desək ki, korrupsiya Amerikanı tam masştablı iqtisadi katastrofa aparır yalan olmaz.

Hollivud filmlərindən, böyük siyasətçi və məmurların rüşvətxorluğunun lentə alınmasından aydın olur ki, korrupsiya ABŞ mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Sivil korrupsiya institutu belə dövlət büdcəsinin talanmasını əngəlləyə bilmir.

Amerikanın toxunulmaz cənnət imicini qorumaq üçün rüşvətxorluq və korrupsiya faktlarının ictimailəşdirilməsi əngəllənir. Vikipediya və başqa sorğu mənbələrində ABŞ-da korrupsiya haqqında bir ciddi yazı tapmaq olmur. Ona görə də Amerikada böyük korrupsiya hadisələrinin siyahısı bu günə qədər mövcud deyil.

ABŞ-da 2,5 milyon federal çinovnik var. Bu əhali sayına görə Rusiyadakından iki dəfə çoxdur.

Bəzi korrupsiya qalmaqalları baryerləri aşaraq ictimailəşib. 2013-cü ildə HealthCare.gov saytı ətrafında qalmaqal bu gün də xatırlanır. Saytın hazırlanması üçün heç bir müsabiqəsiz Mişel Obamanın qaradərili sinif yoldaşına 700 milyon dollar verilmişdi!! Söhbət Obamanın arvadından gedir. CGI Group 1976-cı ildə 26 yaşlı Serj Qodin (Serge Godin) və Andre İmbo (André Imbeau) tərəfindən yaradılıb. Kanadada yerləşən kompaniyanın 40 ölkədə ofisi var. CGI Group-a daxil olan  CGI Federal-ın işi HealthCare.gov saytını hazırlamaq olub. Mişel Obamanın tələbə yoldaşı Toni Tauns-Uitli 2010-cu ildə CGI Federal-a işə götürülüb. CGI Federal Healthcare.gov  saytını hazırlamaq üçün konkursda qalib olub. Müqavilənin dəyəri 93,7 milyon dollar olub. Amma konkurs keçirilməmiş kimi Mişelin rəfiqəsinə bu işə görə 700 milyon dollar verilib. Maraqlıdır bu saytın taleyi. 2015-ci ildə Barak Obama HealthCare saytının hazırlanması layihəsini katastrof adlandırıb. Yarımçıq sayta 2 milyard dollar xərclənib!

Ədliyyə sistemində rüşvətxorluq faktları kifayət qədərdir. Pensilvaniyada Siavarella və Konaxan adlı hakimlər iki şəxsi həbsxananın sahibi Robert Merikldən rüşvət alıb məhkumlara ağır hökm oxuyublar. Bu işdə 2 milyon dollar rüşvət alan hakimlər 28 və 17,5 il azadlıqdan məhrum edilib. Amma rüşvət verən həbsxana sahibi sadəcə “cərimələnib”!! Amma 17,5 milyon dollar kompensasiya ödəmək şərti ilə!

Pensilvaniya ali məhkəməsi 54 min qanunsuz hökmün ləğvi barədə göstəriş verib. Məhkumlar arasında 10 yaşında uşaqlar da olub.

ABŞ səhiyyəsində ildə 60 milyard dollar yeyinti olur. Sağlam adamlara müalicə yazılır, min bir fırıldaqçılığa əl atılır. Səhiyyə sistemində yeyinti üçün birləşmə, həmrəylik var. Bu çox mühüm nöqtədir. Dünyanın bütün korrupsiyalaşmış ölkələrində bir qrup buna qarşı çıxır. Bir sistemdə hamının əl-ələ verməsi böyük faciədir.

Pentaqonun büdcəsi, pulları hara xərclənir? 2015-ci ildə aparılan istintaq materiallarına əsasən Pentaqon əməkdaşları xidməti xərclər üçün kredit kartlarından şəxsi məqsədlə istifadə edirlər. Bir il ərzində kazino və striptizlərdə 900 dəfə hərbi xidmət kartı ilə 1 milyon dollardan çox hesablaşma olub.

Ən qalmaqallı hadisələrdən biri məşhur fırıldaqçı Berni Meydoffun həbsxanada müəmmalı ölümüdür. Bu şəxsin fırıldaqçılığı elə bir miqyasda olub ki, ölkə iqtisadiyyatına zərbə vurub. 2008-ci il iqtisadi böhranında Meydoff müqəssir sayılır. Amma Meydoff öz fırıldaqçı layihələrini təkbaşına icra etməyib, onu lap yuxarı eşalondan dəstəkləyənlər olub.

Meydoff 1970-ci ildə öz investisiya bankından 48 faizlə illik qazanc təklif etməyə başlayıb.  O əfsanəvi JPMorgan bankının himayəsi altında çalşıb. Pul Meydoffun bankına sellənib. Avropanın və Amerikanın tanınmış adamları öz pulunu bu banka yatırıb. Amma Meydoff sıravi fırıldaqçı idi. Köhnə müştərilərin faizini yeni müştərilərin yatırımdan ödəyirdi. Beləcə, bütün Amerikanın cibindən nəhəng pullar havaya sovruldu.

Korrupsiya müasir ABŞ cəmiyyətinin əsas problemlərindən biri kimi gündəmdə qalır. Birbaşa Ağ Evdə, Konqresdə, Pentaqonda, MKİ-də feyk layihələrə böyük pullar ayrılır və mənimsənilir. Dünya təbliğat maşını isə “dünyanın cənnətindən” ağız dolusu danışmaqdadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir