Amerikada yaşayanlar və Amerikanı yaşadanlar

1940-cı ildə yəhudilər ABŞ əhalisinin 3,7 faizini təşkil edib. Hazırda bu ölkədə 6,5 mln yəhudi var və bu 2 faiz deməkdir.
ABŞ-ın yəhudi əhalisi bir neçə mühacir axınından ibarətdir. İlk mühacirət axınında böyük imkanlı sahibkarlar olub. Beləcə, Amerika Avropadakı antisemitizmdən qaçmaq üçün etibarlı sığınacağa çevrilib.
1880-cı ildən Birinci dünya müharibəsinin başladığı 1914-cü ilə qədər Şərqi avropadan idiş dilində danışan 2 mln əşkinazi yəhudi Amerikaya gəlib. İkinci dünya müharibəsi zamanı 500 min amerikalı yəhudi səfərbərliyə yazılıb və bu cəmiyyət müharibədən sonra imtiyazlar əldə edib, varlanıb, kompaktlaşıb.
Amerikada inanclı yəhudilər çoxsaylı qruplara parçalanıb. Daha çox Amerikada yaranmış konservativ iudaizm, Almaniyada yaranmış reformist iudaizm yayılıb. Yəhudilərin 25 faizi özünü heç bir dini cərəyana aid etmir.
Amerikada 1801-ci ildə ilk yəhudi uşaq evi, 1806-cı ildə ilk yəhudi məktəbi açılıb. 1843-cü ildə ilk yəhudi təşkilatı yaradılıb (Bney-Brit).
Davam edən mühacirət sayəsində 1848-ci ildə yəhudi əhalinin sayı 50 min nəfərə çatıb. Eyni zamanda neqativ yəhudi stereotipi mətbuatda, incəsənətdə artmağa başlayıb. Yəhudilər öz borclularını ağır faizdə boğan sələmçilər kimi tanınırdı.

1845-ci ildə ilk dəfə yəhudilər (Luis Çarlz və Devid Levi Yuli) Senatın nümayəndələr palatasına üzv seçilir. 19-cu əsrin ortalarında Almaniyadan gəlmiş yəhudilər ilk investisiya bankını yaradır.
Levi Stross geyim və yataq ləvazimatının topdansatışını təşkil etdi. O, 1873-cü ildə ilk göy cinsləri satışa çıxardı. Bu davamlı şalvarlar şaxtaçılar və qeyri-rəsmi yerlər üçün nəzərdə tutulmuşdu.
20-ci əsrdə Los-Anceles yəhudilərin möhkəmləndiyi ikinci şəhər olub. Hollivudda yəhudilərin peyda olması diqqəti cəlb edən hadisə idi. 1920-1930-cu illərdə yəhidilər kino sənayesində dominant qüvvə olub.
1820-ci ildə filantropiya – xeyriyyəçilik yəhudi icmanın əsas fəaliyyət istiqmətlərindən birinə çevrilib. Əksər ABŞ şəhərlərində belə müəssisələr əslində yəhudi mərkəzi kimi fəaliyyət göstərib və yığılan pullar İsrailə göndərilib.
20-ci əsrin sonlarında varlı yəhudilərin sayı sürətlə artmağa başlayıb. Stenford Universitetinin iqtisadçısı Tomas Sauell 1983-cü ildə yazırdı: ABŞ-da yəhudi ailənin gəliri bütün başqa etnik qrupların gəlirindən 72 faiz çoxdur.
Cerald Krefes 19, 20-ci əsrlərdə Avropadan mühacirətdən sonra yəhudilərin tərəqqisindən yazır. Bu müvəffəqiyyəti yəhudilərin ticarət və mübadilə qanunlarını bilməsi, ictimai həyatda fəallığı, qanunları öyrənməsi, ən əsası gələcək planlar üçün büdcə toplaması ilə əlaqələndirir.
Tarixçi Edvard Şapiro Forfes jurnalında gedən araşdırmalarda istinadən bildirir ki, 400 varlı amerikalıdan 100 nəfəri yəhudidir. Şapiro qeyd edir ki, amerikalı milyarderlərin 30 faizi yəhidi əsillidir. O, Maliyyə Dünyası nəşriyyəsinin 100 varlı amerikalı siyahısında 50 nəfərin yəhudi olduğunu bildirir. 1986-cı ilə aid araşdırmada Corc Soros, Eşer Edelman, Maykl Milken və İban Boeski kimi yəhudilərin də adı var.
1939-cu ilin may ayında Almaniyadan Sent-Luis gəmisi gəldi. Gəmidə əksəri Almaniya yəhudisi olan 936 mühacir vardı. ABŞ prezidenti Ruzvelt mühcirlərin gəmidən enməsinə icazə vermədi. 1924-cü il immiqrasiya qanununda nəzərdə tutulan məhdudiyyətlər Ruzvelti bu addımı atmağa məcbur etdi. Beləcə, gəmi Avropaya qayıtdı.

ABŞ mətbuatı yəhudilərin kütləvi qətliamı kimi tanınan Holokost hadisəsini rədd edirdi. Bu münasibətin arxasında The New York Times-ın naşiri yəhudi Artur Heys Sulsbergerin mövqeyi dayanırdı. Sulsberger İkinci dünya müharibəsi zamanı yəhidilərin öldürülməsi barədə qısa və səthi yazılara icazə vermişdi. O, Amerika antisionist şurasına dəstək verirdi. İsrailin yaradılmasına müxalif olan əsas fiqur da Sulsberger idi.
Yəhudilər prestijli qəzetlərdən əlavə Hollivudda və radio şəbəkəsində nüfuz sahibi idilər. Zaman necə dəyişdisə, sionistlər ədalət tərəfdarı olan yəhudiləri səhnədən kənarlaşdırdı. Bu gün ABŞ ştatlarında məktəblərdə Holokostun tədrisi məcburidir. Holokostdan zərər görməyən ABŞ İkinci dünya müharibəsindən sonra dünyada ən böyük və güclü yəhudi mərkəzinə çevrildi. Dünyadakı kiçik yəhudi icmaları bir hakim və yardımçı kimi ABŞ icmasına üz tutur.
İşğalçı İsrail yarandığı zamandan, 1948-ci ildən ABŞ yəhudilərinin də istiqamətləndirildiyi mərkəz oldu. Yəhudi əhalinin sayına görə ABŞ yalnız İsraildən geridə qalır. 21-ci əsrin əvvəllərində də ABŞ yəhudiləri öz maliyə imkanlarını artırmağa davam etdilər. Yəhudilər ABŞ-da biznes, elm, siyasətdə söz sahibidirlər. Nyu-York və Vaşinqtonda hüquq firmalarının 40 faizi yəhudilərə məxsusdur. Amerikalı Nobel mükafatı laureatlarının 30 faizdən çoxunu yəhudilər təşkil edir.
2015-ci ilin aprelində Antidiffamasiya liqası 2014-cü il üçün hesabat yayıb. Hesabatda bildirilir ki, il ərzində ABŞ-da 912 antisemit insident baş verib. Bu 2013-cü illə müqayisədə 21 faiz çoxdur. Belə görünür ki, yəhudilərin nüfuzu ilə yanaşı yəhudələrə nifrət də güclənməkdədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir