Amerikalı tibb bacısı koronavirusun dəhşətlərinə ağlayır

BUSP-az.com BusinessInsider.nl-ə istinadən xəbər verir: Texaslı tibb bacısı koronavirusa yoluxan xəstələrin göndərildiyi quyu – çaladan yazıb. Ölüm halları sərt artdığından xəstəxanalar xəstələrə qanunda nəzərdə tutulduğu şəkildə xidmət göstərə bilmir. Lavanna Rivers El-Paso tibb mərkəzində “çala” adlandırılan otaqdan söz açıb. Bu otağa ölüm ayağında olanlar göndərilir. Onlara minimum xidmət göstərilir. 6 dəqiqəlik ürək-ciyər reanimasiyasından sonra xəstələr ölü elan edilir. Rivers yazır: “Mənim gördüyüm xəstələrin çoxu yaşamalı olduğu halda ölür.” İntensiv terapiya xüsusi adamlara aiddir və belələri adətən həyata qayıdır. Əksəriyyət isə çalada dünyasını dəyişir. Xəstələrin yaxınları tez-tez növbətçi həkimlə əlaqə saxlasalar da, sonda bir cavab alırlar: öldü!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir