Anti-qloballaşma hərəkatı ABŞ məhsullarına qarşı

BUSP Truthorfiction.com-a istinadən xəbər verir: Qloballaşma, başqa sözlə dünyanın böyük və vahid kəndə çevrilməsi dünya imperializminin mənafeinə işləyir. Bu gün Amerika iqtisadiyyatının dünya xalqlarının yoxsullaşması hesabına güclənməsi dünya siyasətində aktual mövzulardandır. Bir çox anti-qloballaşma hərəkatı məhz ABŞ məhsullarının baykotu hesabına dünya xalqlarının mənafeyini qorumağa çalışır. Ən məşhur anti-qloballaşma hərəkatlarından biri ATTACK hərəkatıdır. ATTACK hərəkatının ilk tədbiri bütün maliyyə əməliyyatlarının gəlirinin 0.1 faizinin dünyanın yoxsul təbəqəsinə xərclənməsi və 3-cü dünya ölkələrinin iqtisadiyyatının dirçəldilməsidir. ABŞ-da ilk anti-qloballaşma hadisəsi 1999-cu ildə “Sietldə döyüş” adı ilə tanınır. ABŞ ictimaiyyətinin Sietldəki aksiyası Fransa, Almaniya, Kanada və digər ölkələrdə anti-qloballaşma hərəkatlarının və təşkilatlarının yaranmasına səbəb olub. 1999-cu ildə Kölndə ilk anti-qloballaşma nümayişi keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir