Apple-in AirTag izləmə düyməsi sürətdə özünü itirir!

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: Apple-in AirTag izləmə düyməsi istifadəçilər arasında böyük maraqla qarşılanmışdı. İnformasiya bombardmanında yaddaşı zəifləmiş müştəriləri belə xatırlatma qurğusu çox razı salmışdı. İzləmə düyməsinin sancıldığı əsas əşyalardan biri çemodanlar, çantalar idi. Amma Apple-yə ünvanlanmış son şikayətlər göstərir ki, izləmə düyməsi sürət zamanı siqnal göndərə bilmir. Belə məkanlardan biri hava limanlarıdır. Yük sahibi konveyerə qoyulan yükünü izləmək imkanından məhrumdur. Konveyer lentinin sürətli hərəkəti zamanı siqnal itir və yük başqa istiqamətdə getsə, sərnişin yükünü tapa bilmir.
AirTag izləmə düyməsindən qabaq bu məqsədlə CR2023 akkumlyatorlarından istifadə edilirdi. Amma hava limanları təhlükəsizlik baxımından bu cihazı qadağan etmişdilər. AirTag-a icazə verilsə də, cihaz müştəriləri razı salmayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir