Apple-in qanunsuz tələbləri

BUSP Gazeta.ru-ya istinadən xəbər verir: Apple şirkəti öz nüfuzundan istifadə edərək istifadəçilərinə qarşı qanunsuz tələblər irəli sürür. Bu baxımdan bütün brendlərdə bir şıltaqlıq var. Hazırda da gündəmdə olan batareya qalmaqalını aradan qaldırmaq üçün yollar axtaran Apple bu dəfə batareyaların müştəri tərəfindən dəyişdirilməsini qadağan edib. iPhone-da akkumlyatoru dəyişmək istəyən müştəri məhdudiyyətlə üzləşib. Əgər müştəri buna cəhd edərsə, qurğu xəta mesajı göndərir. Beləcə istifadəçilər rəsmi servis mərkəzlərinə müraciət etməyə məcbur olur. Müştəri hətta Apple-in standart batareyasını eyni batareya ilə əvəz etmək istəsə xəta mesajı gəlir. Bunun ardınca qurğu əvvəlki batareyanın da mövcud durumunu nümayiş etdirmir. iFixit bildirir ki, müştəri tərəfindən batareyanın dəyişdirilməsi qurğunun başqa funksiyalarına təsir göstərmir. Ekspertlər iddia edir ki, Apple-in müştəriləri rəsmi xidmət mərkəzlərinə yönəltməsində onun üçün böyük qazanc var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir