Apple noutbukları rəqabətə tab gətirmədi!

#BoycottUSProducts

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: Apple MacBook Pro (SoC M1) Amazon şəbəkəsində görünməmiş səviyyədə ucuzlaşıb. Bu noutbuklar Amazonda 200 dollar endirimlə satılır. Hazırda 13 dyümlük mobil kompyuterlər 1100 dollara təklif olunur. Endirim Silver və Space Grey versiyalarına tətbiq olunur.

Amerikanın dünya miqyasında hökmranlığı bu ölkə brendləri üçün də rəqibsiz bazar açmışdı. Dolların ABŞ-ın yersiz sanksiyaları ucbatından arzuolunmaz valyutaya çevrilməsi Amerika məhsulları üçün də problem yaradır. Ağ Ev Çinə sanksiya tətbiq edir və Apple öz məhsullarını ucuz başa gəlsin deyə Çində istehsal etməlidir! Belə bir şəraitdə məhsulu ABŞ brendlərindən daha keyfiyyətli firmalar nəfəs ala bilir. Şübhəsiz, azad rəqabətdə Apple məhsullarının bazara nəzarət etməsi mümkün deyil. Həm bahalığı, həm şıltaq qərarları ilə müştəriləri incidən Apple iflasa məhkumdur. Bu proses başlayıb deyə bilərik. Bu gün zövqlü məhsul arxasınca olanlara Apple məhsullarından keyfiyyətli məhsullar təklif olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir