Apple – təmir olunmuş telefonlar bazarının kralı!

BUSP-az.com Ria.ru-ya istinadən xəbər verir: Təmir olunmuş telefon bazarı 2020-ci ilin birinci yarısında COVID-19-la əlaqədar tənəzzül etmişdi.

2020-ci ilin ikinci yarısında dünya təmir olunmuş telefon bazarı əksər regionlarda genişlənmişdi. İlin sonuna bu bazar 4 faiz böyümüşdü. Bu barədə  Counterpoint qrupu analiz aparıb. Proqnozlaşdırılır ki, bu il təmir olunmuş telefon bazarı ötən illə müqayisədə daha da böyüyəcək. Bu bazarda Apple məhsullarına tələbat daha böyükdür. Yeni telefon bazarında Apple məhsullarının payı son dəfə 13 faiz idi. Hansı ki, təmir olunmuş telefon bazarında bu göstərici 44 faizdir. Analitiklər bildirir ki, Apple brendinə keçənlər adətən buna işlənmiş telefonla başlayır. Yenə ad və marka insanları düzgün qərar qəbul etməyə qoymur. Hazırda başqa telefon brendləri bir sıra göstəricilərinə görə Apple-i geridə qoyub. Amma brend nüfuzu öz işini görür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir