Apple üçün sərfəli qiymət anlayışı yoxdur

BUSP-az.com Ixbt.com-a istinadən xəbər verir: Apple çoxsaylı narazılıqların cavabında yenə bəhanə dalınca gedir, heç bir halda müştərilər üçün sərfəli yolu seçmir. Şirkət Lightning-dən tam şəkildə imtina edib USB-C-yə keçməməsini ekologiya ilə əlaqələndirir – sanki müştərilərə istehza edilir. Apple yaxın zamanda Avropada Lightning-dən USB-C-yə keçməyə məcburdur. Amma bu addımı atmaq istəmir. Şirkət inadkarlıq edir və çox gülünc dəlil göstərir. Apple USB-C-yə keçid zamanı böyük həcmdə aksessuarların atılmasını ekologiyaya zərbə sayır. Amma müştərilərin büdcəsinə dəyən zərər Apple üçün əhəmiyyət kəsb etmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir