Boeing 737 Max təkcə ABŞ-da uça biləcək

BUSP-az.com Nytimes.com-a istinadən xəbər verir: Son qəzalarında 346 nəfər həlak olmuş Boeing 737 Max təyyarələrinə ABŞ fəzasında uçmaq icazəsi verilib. İndoneziya və Efiopiyada qəzadan sonra bu təyyarələrin uçuşu qadağan edilmişdi. ABŞ aviasiya qurumları bu təyyarələrin uçuşuna təkrar icazə verib. Amma bu icazə dünya ölkələrinə aid deyil. Təhlükəsizliyi ilə bağlı ciddi şübhələr yaranmış Boeing 737 Max yalnız ABŞ fəzasında uçacaq. Baş vermiş qəzaların araşdırılmasından sonra istehsalçı müqəssir sayılıb. Pandemiya Boeing şirkətinə də zərbə vurub. Uçuşların sayı kəskin şəkildə azalıb. Amma təkrar uçuş icazəsi yalnız modifikasiyadan sonra qüvvəyə minəcək. Təyyarənin konstruksiyasında müəyyən dəyişikliklər aparılmalıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir