Boeing ilin başlanğıcından sifariş almayıb

BUSP 24tv.ua-ya istinadən xəbər verir: Amerikanın Boeing şirkəti ciddi böhran yaşayır. Bu təyyarənin fərqli səbəblərdən uğradığı qəzalar artıq şirkət haqqında mənfi imic formalaşdırıb. Bir zaman Boeing-lə uçmaq qürur yaradırdısa, artıq sərnişinlər məcbur qalmış kimi bu təyyarədən istifadə edir. Boeing şirkətinin 2020-ci ilin əvvəlindən bir sifariş belə almaması ciddi siqnaldır. Hansı ki, Boeing-in rəqibi Airbus-a bir ay ərzində 270 təyyarə sifariş verilib. Boeing-in kritik durumu barədə CNBC şəbəkəsi xəbər yayıb. Boeing 2019-cu ili 636 mln dollar zərərlə başa vurub. Hansı ki, 1997-ci ildən şirkət qazancla işləyib. Efiopiyada, İndoneziyada Boeing 737 MAX təyyarələrinin qəzaya uğraması ilə 149+181 sərnişinin həlak olması son illərin ağır qəzalarındandır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir