Brendlər müharibəsinin qalibi: Bezos!

BUSP-az.com Forbes-ə istinadən xəbər verir: Amazon brendinin istefaya getmiş başçısı Ceff Bezos planetin varlı adamları siyahısında Tesla və SpaceX-in təsisçisi İlon Maskı arxada qoyub. Nüfuzlu Bloomberg Billionaires Index (BBI) versiyasına görə Bezos dünyanın ən varlı adamıdır. Bu vaxta qədər planetin ən varlı adamı İlon Mask sayılırdı. Bezosun varidatı (kapitalı) 16 fevralda 884 mln dollar artaraq 191 mlrd dollara çatıb. Maskın varidatı hazırda 190 mlrd dollar dəyərləndirilir. Amazonun aksiyaları ötən il may ayında 30% artıb. Ürəkaçan deyil ki, Covid-19 pandemiyası dövründə kiçik və orta biznes iflasa uğradığı halda brendlərin varidatı artıb!!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir