Çin ABŞ mediasına məhdudiyyət tətbiq etdi

BUSP-az.com OREANDA-NEWS-a istinadən xəbər verir: Vaşinqtonun anti-Çin fəaliyyətlərinə cavab olaraq rəsmi Pekin ABŞ mediasının fəaliyyətini məhdudlaşdırıb. Çin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Çjao Liszyan Çin ərazisində ABŞ mediasına tətbiq olunan məhdudiyyətlər barədə açıqlama verib. XİN təmsilçisi bildirib ki, bu cavab tədbiridir və bundan öncə Vaşinqton ABŞ ərazisində Çin mediasına mədudiyyət tətbiq edib. Çin Associated Press, United Press International, CBS, National Public Radio kimi Amerika nəşriyyə və şəbəkələrinə bir həftə vaxt verib ki, öz əməkdaşlarının siyahısını təqdim etsin.
ABŞ prezidenti Trampın Çinlə baş-başa gəlməsi onun səriştəsiz və qeyri-ciddi siyasətçi olduğunu göstərir. ABŞ təkcə sanksiya yox, hətta hərbi yolla Çin üçün problem yarada bilməz.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir