COVİD-19 ABŞ-da siyasi tədbirləri ləğv edir!

BUSP Ria-ya istinadən xəbər verir: ABŞ-da Seçki Komissiyası prezident praymerizini ləğv edib. Koronavirus şəraitində partiyadaxili ilkin seçkilərin keçirilməsi riskli addım kimi dəyərləndirilib. Nyu-Yorkda aprelin sonlarında keçiriləsi seçkilər COVİD-19 pandemiyasına görə 23 iyuna təyin olunub. Seçki komissiyasından bildirilib ki, böyük ehtimalla demokratların namizədi sabiq vitse-prezident Co Bayden olacaq. Baydenin rəqibi Sanders 8 apreldə öz kampaniyasını dayandırıb. Epidemiyanın episentrində səsvermə keçirilməsi lazımsız və qeyri-ciddi bir addımdır.
Başlanğıcda Tramp adəti üzrə COVİD-19-a da güldü. Dünya virusun yayılmasında ABŞ-ı şübhəli saydığı bir şəraitdə pandemiya Amerikanı hədəfə aldı. Artıq siyasi tədbirlərin təxirə salınması bu ölkədə həyatın tam iflicə doğru getdiyini göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir