Fəlakət ABŞ-a qədər 5 min km yol gəlir!

BUSP-az.com WashingtonPost.com-a istinadən xəbər verir: Əslində dünya ilə sanksiya, təcavüz, müharibə dilində danışığın cəzasını çəkən, şəhər hökumətlərinə parçalanmaq təhlükəsi ilə üzbəüz olan ABŞ bu dəfə Saxaradan qum tufanı gözləyir. Tufan buludunun Atlantik okeanı üzərindən 5 min km yol keçib Amerikaya çatacağı proqnozlaşdırılır. ABŞ tarixində belə tozlu hava görünməyib. Maliyyə böhranı, koronavirusdan sonra təbii fəlakətlərə düçar olmuş ölkədə vəziyyət hər gün daha da ağırlaşır. Qum tufanının Karib adaları və cənub ştatlarını həfədə alacağı gözlənilir. Meteoroloq Judson Jones ötən həftəki tozun tarix boyu görünmədiyini bildirir. Qarşıdakı toz dumanı isə əsil fəlakət olacaq. Polisin dizi altda nəfəs ala bilməyən xalq üçün isə tozdan boğulmaq təhlükəli görünmür!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir