Facebook iPhone sahiblərini qorxudur

BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: İstifadəçilərin şəxsi məlumatlarını toplayan Instagram və Facebook inandırmağa çalışır ki, bu tədbir şəbəkədən pulsuz istifadəyə şərait yaradacaq. Facebook şəxsi məlumatların götürülməsinə etiraz edən Apple-in iOS 14.5 sistemini yeniləmək fikrində deyil. Bu sistem istifadəçidən icazəsiz müdaxiləni əngəlləyir. Sukerberq Apple-ni Facebook-un mənafelərinə qarşı çıxdığı üçün cəzalandırmaq fikrindədir. The Verge xəbər verir ki, iOS 14,5 versiyasına yeniləndiyi zaman Facebook və Instagram-dan gələn mesajlarda personal məlumatların götürüləcəyi bildirilib. Mesajda Facebook bunun üçün hesab sahibindən icazə istəməyə məcbur olub və razılıq verilsə şəbəkədən istifadənin pulsuz olacağını bildirir. Facebookun əsas gəliri reklamdandır və istifadəçi məlumatlarından reklamların yayılmasında istifadə ediləcəyi iddia olunur. Əsil həqiqətdə həm Apple, həm də Facebook ABŞ MKİ üçün məkumat toplayır və iki kompaniya arasında rəqabət mövcuddur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir