Facebook, Twitter və Google ABŞ Konqresinə çağırılıb

BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: Facebook, Twitter və Google rəhbərliyi ABŞ Konqresinin Nümayəndələr Palatasında şəbəkələrdə dezinformasiya yayılması barədə izahat verəcək. Bu barədə “The Hill” nəşriyyəsi məlumat yayıb. 25 martda Facebook rəhbəri Mark Zukerberq, Twitter kompaniyasının rəhbəri Cek Dorsi, Google-in baş direktoru Sundar Piçai Konqresdə olacaq. Şəbəkə rəhbərləri koronavirus və ötən prezident seçkiləri mövzusunda dezinformasiya ilə necə mübarizə apardıqlarından danışmalıdırlar. Konqres nümayəndələrinin bəyanatında deyilir ki, bu kompaniyalar uzun müddət dezinformasiyanın yayılmasında rollarını dərk edə bilməyiblər. Təbii ki, şəbəkələr istədikləri mövzunun yayılmasını əngəlləyə bilirlər. Xüsusuilə İslam dünyası ilə bağlı həqiqətlər sosial şəbəkələrdə senzura ilə qarşılaşır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir