Facebook və Twitter 4 mln cərimələndi!

BUSP-az.com InterFax-a istinadən xəbər verir: Moskva Taqansk Beynəlxalq Məhkəməsi Facebook və Twitter-i 4 mln rubl cərimələyib. Hər iki ABŞ kompaniyası Rusiya vətəndaşlarının baza məlumatlarını ölkə daxilində lokallaşdırmayıb. Əgər kompaniyalar islahat aparmasalar, yeni cərimə 18 mln rubl ola bilər. Kompaniyalara xəbərdarlıq edilib ki, rusiyalı istifadəçilərin baza məlumatı ölkədən çıxarılmasın və bu tələbə əsasən serverlər Rusiyaya köçürülməli idi. Məhkəmə ABŞ kompaniyalarını qanunu pozmaqda müqəssir sayıb. Bu qanun pozuntusuna görə 1-6 mln rubl cərimə nəzərdə tutulur. Qanun 2019-cu il dekabr ayında qüvvəyə minib. Kompaniyalara 1 il vaxt verilib ki, baza məlumatları lokallaşdırılsın. Twitter və Facebook-a qarşı ilk dəfə 2018-ci ildə belə tələb irəli sürülüb və tələbi yerinə yetirməyən kompaniyalar 3 min rubl cərimələnib. Ötən il cərimə məbləği artırılıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir