Fiona Hill: ABŞ daxildən məhv olur!

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Ağ Evin eks-müşaviri Fiona Hill Amerikanın içdən dağılması ilə bağlı həyəcan siqnalı çalıb. Dr. Hill deyib: Dünya zaman keçdikcə Amerikanı daha yazıq görür. Vaşinqtonun dünyadakı mövqeləri hər gün zəifləməkdədir. Bunun müqəssiri nə Rusiyadır, nə də Çin.
Dr. Hill CNN teleşəbəkəsinə müsahibəsində ölkədəki kritik durumdan danışıb. O deyib: Amerikanın müttəfiqləri də Amerikada baş verən hadisələrə görə şokdadır. Amerikada böhran yaradan biz özümüzük, xaricdə müqəssir axtarmayaq. COVID-19-la bacarıqsız mübarizə, irqi problemlər, siyasi polyarlaşmaya görə özümüz günahkarıq. Artıq əməkdaşlarımız da Amerikanı aparıcı qüvvə saymır. Biz də daxildən parçalanmaqdan yorulmuruq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir