Floydun qətlinin filmini çəkən qız mükafatlandırıldı!

BUSP-az.com PEN.org-a istinadən xəbər verir: ABŞ-da 46 yaşlı Corc Floydun polis tərəfindən görünməmiş vəhşiliklə qətlini filmə alan 17 yaşlı Darnella Freyzer PEN America təşkilatı tərəfindən mükafatlandırılıb. Minneapolisdən olan məktəbli qız polis qəddarlığının hakim olduğu fəzada həyatını təhlükəyə ataraq bu tarixi qətli lentə almasaydı, dünyanı silkələyən Floyd hərəkatı da baş tutmaya bilərdi. Ötən may ayında saxta 20 dollarlıqdan istifadə etdiyi üçün polisin dizi altında boğulub ölən qaradərili Floydun müdafiəsinə dünya ayağa qalxdı. Bu hadisə ABŞ hökumətinin əsil mahiyyətini, irqçi Ağ Ev rejiminin iç üzünü açdı. Black Lives Matter adı ilə tarixə düşən hərəkat bu gün də davam etməkdədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir