Floydun qatili və qatilin tərəfdarları qan içində!

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: Dünyanı silkələyən Floyd faciəsi hələ də irqçiləri təqib etməkdədir. Afroamerikalı Floydu dizi altında boğub qətlə yetirən Derek Çoven (Derek Chauvin) və onun tərəfdarları antiirqçi hərəkatın hədəfindədir. Məhkəmədə qatil polisin xeyirinə şəhadət verən Barri Broddun evi aksiyaçılar tərəfindən qana boyanıb. Kaliforniya polisi bildirir ki, iş üzrə polisin xeyirinə rəy vermiş ekspert də eyni hadisə ilə üzləşib. Onun evi qana boyanıb. Fəallar irqçi ekspertin evini donuz qanına boyayıb, donuzun başını evin üstünə atıblar.

Kimsəyə sirr deyil ki, Amerikada qaradərilini öldürən polisin cəzalandırılmaması üçün bütün vasitələrə əl atılır. Amma Corc Floydun qətlində iştirak edən polislərə bəraət verilməsi üçün bütün yollara baş vurulsa da, antiirqçi hərəkat, eləcə də bütün dünya prosesi diqqətlə izlədiyindən, qatil polis cəzadan qurtula bilməyib!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir