Google-in işində fasilələr yaranıb

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Bazar ertəsi günü Google-in bütün xidmətlərinin işində bir saata yaxın fasilə yaranıb. Həmin müddət ərzində istifadəçilər YouTube-da videoları izləyə bilməyib, elektron poçtlar qapalı olub. Google-də fasilələr səbəbindən virtual dərslər üçün yaradılmış ClassRoom xidməti də işdən düşüb. Google baş vermiş hadisəyə görə istifadəçilərdən üzr istəyib. Kompaniya bərpa işlərini davam etdirir.
İnternet xidmətində mütəmadi fasilələrin müxtəlif səbəbləri var: server xətası, xidmət prosedurunda səhvlər və s. İnternet xidmətində baş verən fasilələr insanların bu xidmətə etimadını alt-üst edir. Gündəlik zəruri baza məlumatlarını elektron anbarlarda saxlayanlar fasilələr zamanı ciddi gərginlik keçirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir