Google monopolist addımları gücləndirir

BUSP-az.com İxbt.com-a istinadən xəbər verir: Google qədim versiya Android telefonlara xidməti dayandırıb. Bu telefonlar artıq Google Maps, YouTube və Gmail servislərindən istifadə edə bilməyəcək.
Bu kimə lazım idi? Təbii ki, yeni məhsulları satmaqda maraqlı şirkətlərə! Google-nin bu addımı milyonlarla qurğunu istifadəyə yararsız hala salır. Avtorizasiya Android 2.3.7 Gingerbread və daha qədim versiyalar üçün ləğv edilib. Artıq belə cihaz sahibləri Google-də qeydiyyatdan keçə bilməyəcək. Google cihaz sahiblərinə Android 3.0 versiyasına keçməyi təklif edir. Android 3.0 Honeycomb versiyası planşetlər üçün nəzərdə tutulmuşdu. Smartfonlar üçün Gingerbread-dən sonra Android 4.0 Ice Cream Sandwich versiyası buraxılmışdı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir