Google yenə istifadəçiləri sorğuya çəkir!

#BoycottUSProducts

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: Google Photo-da yeni funksiya işə salınacaq. Bu funksiya dostlar və yaxınların foto albomlarını hazırlamaq üçündür. Populyar Google Photos servisinin komandasının layihəsində dostlar və yaxınlardan foto istəmək funksiyası olacaq. Komandanın üzvü Jane Manchum Wong öz Twitter səhifəsində bu barədə məlumat verib. “Ask friends for photos” – “Dostlardan foto istəyin” funksiyası “Sharing” – “paylaşın” bölməsində yer alacaq.

Bu işdə Google-nin mənafeyi nədir? Əvvəla bundan ötrü cihazda Google Photos quraşdırılmalıdır. İkincisi, ən əsası və müəmmalısı budur ki, albomlar Google-nin arxivində toplanacaq. Bu funksiyanın əksəriyyət tərəfindən razılıqla qarşılanacağı gözlənilmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir