Hələ 2019-cu ildə ABŞ-da koronavirus olub!

BUSP-az.com AmericaRu.com-a istinadən xəbər verir: Ciddi sübutlar mövcuddur ki, 2019-cu ilin sonuna qədər Amerikada COVID-19 olub. 2020-ci ilin əvvəlində 24 min amerikalıdan götürülən qan analizi göstərir ki, 2019-cu ilin dekabrında, yəni koronavirus qeydə alınandan bir neçə həftə qabaq virusa yoluxanlar varmış. Ekspertlər düşünür ki, dünyada Çindən yayılan virus xəbəri ortaya çıxmamış Amerikada minlərlə insan bu virusa yoluxub. Yoluxmaya nəzarət və profilaktika mərkəzinin eksperti Natali Tornburq (Natalie Thornburg) deyib ki, COVİD-19 xəbəri yayılmamış ABŞ-da virusa yoluxanların olması danılmazdır.
Bu fakt Çinə yönələn ittihamları qüvvədən salmaqla yanaşı dünya ölkələrinin birlikdə araşdırma aparmasını zəruri edir.
Koronavirus pandemiyası 2019-cu ilin sonunda Çinin Uhan vilayətində qeydə alınıb. Rəsmi məlumatda bildirilir ki, virusu ABŞ-a 15 yanvarda Uhandan Amerikaya qayıdan vaşinqtonlu gətirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir