InSight-in qazma qurğusu Marsa bata bilmədi!

BUSP-az.com NASA-nın informasiya şəbəkəsinə istinadən xəbər verir: Dünyanın diqqət mərkəzində olan InSight maşını Marsda işdən düşüb. NASA-nın rəsmi açıqlamasına əsasən, InSight modulunun qazma qurğusu ölü vəziyyətə gəlib. InSight komandası qurğunu işə salmaq üçün müxtəlif vasitələrə əl atsa da, faydasız olub. Modulun qazma qurğusu qırmızı planetdə quyu qazmaqla Marsın daxili temperaturunu öyrənməli idi. Amma qurğu Marsa bata bilməyib! Qırmızı planet mütəxəssislərin düşündüyündən möhkəm imiş.
InSight modulu 2018-ci ildə Marsa enib. Qazma işini almanların hazırladığı qurğu yerinə yetirməli idi. NASA və DLR Mars layihəsində əməkdaşlıq edirdi. Nəticələr göstərir ki, layihəyə xərclənən milyardlar havaya sovrulub. InSight modulu Marsda eksponat kimi ilişib qalıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir