“iPhone” əleyhinə imza toplama kampaniyasına start verildi

Bilirsinizmi “Apple” firması uşaq əməyinin istismarı ilə tanınan ilk şirkətlərdəndir?

Apple dünyanın bir sıra ölkələrində ucuz işçi qüvvəsindən istifadə ilə, işçilərin istismarı ilə qiyməti 1000 dollardan da baha smartfonlar istehsal edir!

Apple-ın Konqoda yeddi yaşlı uşaqlardan kölə kimi istifadə edərək zənginləşdiyini bilirdinizmi?

“Amnesty International”-ın apardığı bir araşdırmaya görə Apple bu uşaqlardan kobalt metal mədənində qazıntı aparmaq üçün istifadə edir. Bu mədənlərdə işləyən insanların həyatı daim təhlükədədir. Bu günədək onlarla azyaşlı qazıntı zamanı dağıntılar altında qalaraq həlak olub, çox sayda işçi isə bu mədənlərdə olan zəhərli maddələr səbəbindən tənəffüs problemləri ilə üzləşib.

Apple-in müştərilərini inanılmaz fırıldaqçılıqla, iOS yeniləmələri ilə yeni və daha bahalı smartfonlar almağa məcbur etdiyindən xəbərdarsınızmı? Şirkət köhnə cihazlara proqram yeniləmələrinə izn vermədiyindən müştərilər ehtiyac duyduqları proqramlardan istifadə edə bilmir və yeni smartfon satın almaq məcburiyyətində qalırlar.

Apple iPhone istifadəçilərinin nələrə maraq göstərdiyini öyrənərək onların smartfonuna reklamlar göndərmək üçün qanunsuz olaraq müştəriləri izləyir. Müştərilərin məxfiliyinin pozulduğu səbəbindən Apple qarşı məhkəmə prosesləri davam edir.

Apple-in “Siri” proqramı vasitəsi ilə istifadəçilərə qarşı casusluq etdiyini və yalnız bu fakt ifşa olunduqdan sonra sadə bir üzrxahlıqla kifayətləndiyini bilirdinizmi?

Apple şirkəti iPhone cihazlarını sürətli doldurma özəlliyinə malik adapterləri əlavə bağlamada təqdim edərək müştərilərdən əlavə, daha çox pul qazanmağa çalışır.

Apple iPhone cihazlarının ilk nüsxəsini aşağı həcm yaddaşla bazara çıxarmaqla müştəriləri daha çox yaddaşa, dolayısı ilə daha bahalı qiymətə satılan cihazlara sövq edir.

Apple cihazlarında batareyaları bilərəkdən qüsurlu şəkildə hazırlayaraq, müştəriləri bir müddət sonra telefonlarına yeni batareyalar almaq məcburiyyətində qoyur. Bu mövzu ilə bağlı Apple ABŞ-ın 33 əyalətində eyni zamanda digər ölkələrdə məhkəmə qarşısında cavab vermək və cərimə ödəmək məcburiyyətində qalıb. Apple hətta bu mövzu ilə bağlı məhkəmə proseslərini ləngitmək üçün 500 milyon dollarından da keçib.

Sizi Apple-in əsas məhsulu olan iPhone-u boykot etməyə çağırmağımızın bir çox başqa humanitar, etik, hüquqi və hətta ekoloji səbəbləri var.

Biz birlikdə daha güclüyük!

Xahiş edirik ki, Apple-in “iPhone” smartfonlarının boykotu kampaniyasına qoşulasınız. Bunun üçün aşağıdakı linkin üzərində klik edərək, kampaniyaya qoşula bilərsiniz.

https://secure.avaaz.org/community_petitions/en/iphone_users_its_time_to_take_action_boycott_iphone

Amerika Məhsullarının Beynəlxalq Boykot Hərəkatı – The International Movement to Boycott US Products (BUP)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir