İphone-un sirli dünyası

Əslində ortada heç bir sirr yoxdur. Dünyanın lider brendləri öz məhsullarını kabus həddində şişirtməyə cəhd edir.
Apple koporasiyasının təsisçisi Stiv Cobs bu əsrarəngizliyi artıran fiqurdur. Cobs 2011-ci ildə xərçəng xəstəliyindən ölüb. İlk baxışdan Apple təsisçisinin öz həyatı da əsrarəngizdir. Nəzərə alsaq ki, Apple-in xüsusi mason lojası olub və bu loja ildə bir dəfə Stiv Cobsun rəhbərliyi ilə toplantı keçirib təbii olaraq suallar yaranır. Cobs Apple-in yeni məhsullarını adətən lojanın toplantılarında təqdim edib. Məsələn İpad 2001-ci ildə 100 aparıcı masonun qatıldığı görüşdə təqdim olunub. Lojanın 100 üzvünü Cobs şəxsən özü seçib və siyahı hər il yenilənib.
2011-ci ildə personal kompüter əsrinin başa çatdığını hiss edən Cobs Apple-in diqqətini mobil qurğulara yönəldib.
Cobsun ən yaxın dostu Coni Ayv idi. Ayv Apple-in baş dizayneri idi. Onun haqqında Linder Kani “Apple-nin əfsanəvi dizayneri” kitabını yazıb. 2009-cu ildə Cobs mədəaltı vəzidə xərçəng şişinin əməliyyatından sonra hamıdan qabaq xanımı Loren Paul və Coni Ayvı görmək istədi. Cobsun ölümündən sonra Apple-in baş direktoru Tim Kuk, dizayn üzrə vitse prezident Ayv oldu.
2009-cu ildə elektron kitab bazarının 90 faizinə Amazon nəzarət edirdi. Cobs 2010-cu ildə İpad-ın təqdimatından öncə Amazonun inhisarına son qoymaq istədi. Cobs elektron kitab naşirləri ilə razılığa gələ bildi. Artıq bir çox naşirlər öz məhsulunu İbox store mağazasına satmaq qərarına gəldi. Apple elektron məhsul istehsalçılarını özünə cəzb etmək üçün onlara Amazondan daha yüksək məbləğ təklif edirdi. 2013-cü ildə qiymətlərin süni qaldırılması ittihamı ilə məhkəmə prosesi başladı. Elektron kitab naşirləri istifadəçilərə 164 milyon dollar kompensasiya ödəməli oldu.
2001-ci ildə Cobs Vaio Notbuklarına MacOS əməliyyat sistemini yerləşdirmək üçün Sony ilə danışıqlara başladı. Sony Apple-in təklifini sərfəsiz dəyərləndirdi. 2011-ci ildə Microsoft təsisçisi Bil Qeyts ona qarşı xoş münasibətdə olmayan Cobsa məktub yazdı. Bu məktubda Apple-in məhsulları yüksək dəyərləndirilirdi.
2012-ci ildə Apple-in hesabında böyük pullar toplandı. Cobs Apple-in pullarını necə xərcləmək barədə dünyanın tanınmış sərmayədarlarından Uorren Baffetlə məsləhətləşdi. Baffet Cobsa perspektivli şirkətlər almaq təklif etsə də Cobs pulları Apple-in hesabında saxlamağa üstünlük verdi.
Maraqlıdır ki, bu böyük sərvətin sahibi bəzən ən yaxınlarına qarşı xəsislik edib. Ən azı ona qarşı belə iddialar var. Cobsun qızı Liza Brennan-Cobs məhz belə sərvətli atanın öz qızından imtina etməsinə dözə bilməyib. Liza 1978-ci ildə, anası Krisann Brennan və Stivin 23 yaşı olanda doğulub. Apple sahibi Lizadan imtina etməkdən çəkinməyib. Liza xatırlayır ki, atası dünyanın ən sərvətli adamı olmağa iddialı ikən onun anası xadimə və ofsiant işləyib. 1980-ci ildə Krisann Brennan Stiv Cobsu məhkəməyə verərək, ondan aliment tələb edib. Məhkəmənin qərarı ilə Liza DNT analizi verir və Cobs məhkəmənin qərarı ilə ayda 385 dollar qızına aliment ödəyir. Bu hadisədən sonra Cobs ayda bir dəfə Lizanı görməyə gedirdi. Liza da atasının qəribəliyindən şokda idi. Milyonçu gənc ata öz cins şalvarındakı iri dəliklərə əhəmiyyət vermirdi. Liza xəlvətdə atası ilə fəxr edirdi. Rəfiqələrinə deyirdi ki, mənim böyük sirrim var, mən Stiv Cobsun qızıyam. Liza əmin idi ki, şirkətin Apple Lisa kompüteri məhz onun şərəfinə adlandırılıb. Amma atasından bu barədə soruşduqda mənfi cavab almışdı. Lizanın 27 yaşı olanda atasının ikinci arvadı Loren Pauell Cobs və onun uşaqları ilə Kruiz səfərinə çıxmışdı. Səfər zamanı ailə U2 qrupunun lideri Bononun qonağı olmuşdu. Bona Cobsdan soruşanda ki, Apple Lisa kompüteri kimin şərəfinə adlandırılıb, Cobs qızı Lizanı göstərdi. Bəli, Apple sahibi öz qızı üçün də əsrarəngiz idi.

Müəllif: Pərvin Paşazadə

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir