İsrail: ABŞ, yoxsa Rusiya? Və hansı ABŞ?

Sionist rejim başçıları düşünür ki, Rusiya İsrail üçün Yaxın Şərqdə Amerikanın liderliyini əvəz  edə bilməyəcək. Hansı ki, Moskva 4 il öncə Trampın gəlişindən sonra yaranmış vakuumu doldurmağa çalışır. İsrail-Fələstin konfliktinin nizamlanmasında ABŞ həmişə birinci olub. Hazırda Rusiya bu posta iddialıdır. İsrail ekspertlərinin nəzərincə, ABŞ olmasa yaxşıdır, çünki fələstinlilər ABŞ-la danışığı qəbul etmir. Ekspertlər Amerikanın ağılsız oyunu olan Əsrin Sövdələşməsinə görə İsraillə Fələstin arasında müharibə də proqnozlaşdırır.

İsrailin sabiq daxili təhlükəsizlik nazirinin müşaviri, İsrailin Moskvada sabiq səfiri Aleks Veksler deyir: Rusiya ilə İsrail arasında normal münasibətlərin ömrü cəmi iki-üç on ildir. Amma ABŞ-la münasibətlərin tarixi  uzundur. Sovet qəzetləri 1967-ci ildən 1980-ci illərin sonlarınadək “İsrailin təcavüzündən” yazıb. Bunu unutmaq mümkün deyil. Rusiya iqtisadi və hərbi əməkdaşlıqda ABŞ-la müqayisəyə gəlməz. ABŞ İsrailin müdafiəsinə onqat artıq xərcləyir. On illərdir ABŞ-dan təyyarə alırıq, zabitlərimiz ABŞ akademiyasının məzunudur. Bu gün Rusiya heç vəchlə ABŞ-ı əvəz edə bilməz. Moskvanın xarici siyasəti münasibətlərimizi gərginləşdirir. Sionizmi bəşəriyyətin düşməni sayan kommunizm səhnədən çıxsa da, Moskva Hizbullah, Həmas, İranla dostluq edir.  On milyonlarla xristian-yevangelist amerikalı hətta öz övladını İsrail ordusunda döyüşməyə göndərməyə hazırdır. Nə vaxt Rusiyada İsraili tam dəstəkləyən 50 milyon xristian-yevangelist olarsa, biz dostluqdan danışarıq. Rusiya İsrailin düşmənlərinə silah göndərməyə son qoymalıdır. Bizə qarşı tuşlanan faktiki rus silahıdır.

Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru Semyon Baqdasarov deyir: ABŞ-ın İsrailə təsiri böyükdür. Vaşinqtonun Yaxın Şərq marağı heç vaxt aradan qalxmayacaq.

İsrail Amerikada prezident seçkilərinə necə yanaşır? Hazırda ABŞ-da demokratlarla respublikaçılar bir-birlərini ləkələməklə məşğuldur. 22 oktyabrda Trampla Baydenin debatı rüsvayçılıq idi. Bunun bir səbəbi də namizdələrin reytinqi arasında fərqin kiçik olmasıdır. Amerikada daxili ziddiyyətlər böyüyür. Namizədlər partiyaları yox, irqi və milli əlamətləri ilə seçilən qruplaşmaları təmsil edir. Vahid Amerika xalqının formalaşması üçün nəzərdə tutulmuş multikulturalizm səhnədən çıxmaqdadır. Bu gün Amerika cəmiyyətində milli və dini baxışların nüfuzu güclənir. Amerikaya ildə 800 min miqrant gəlir və milli koloriti daha da rəngarəng edir. İrqi, etnik, dini azlıqların səsi namizədlər üçün daha çox əhəmiyyət kəsb edir.  3 noyabrdakı prezident seçkilərində namizdələrin İsrail siyasəti təsirli rola malik idi və namizədlər yəhudi seçicilərin rəyini qazanmağa çalışırdı. ABŞ-da 5,5-8 mln yəhudi yaşadığı iddia olunur. Amma yəhudi icmanın real siyasi çəkisi həlledicidir. Buna görə də hər iki namizəd yəhudi elektoratın səsini qazanmaq üçün hər yola əl atdı.

Respublikaçılar Amerikanın neomarksist yenidənqurulmasına qarşı dayana bilmədilər. Demokratik partiya isə neomarksizmlə silahlanaraq irqi və etnik azlıqların rəğbətini qazandı. Beləcə yəhudilərin də böyük əksəriyyəti demokratlara səs verdi. Neokonservatorların proqramlarında əsas bəndlərdən biri demokratik yəhudi dövləti olaraq İsrailin müdafiəsidir. Neokonservator respublikaçılar – Reyqan və Buş rəngli miqrasiyaya qarşı çıxmamaqla demokratların liberal miqrasiya siyasətini davam etdirdi.

Yəhudilərin əksəriyyəti respublikaçılara səs versələr də, ağ rasizmi, ağların üstünlüyü siyasətini pisləyirlər. Amerikada qaralar və rənglilərlə yanaşı yəhudilərin möhkəmlənməsinə qarşı olan və ekstremist adladırılan qruplar nüfuzdan düşməkdədir. Əksinə, qaraların Black Lives Matter, neomarksistlərin Antifa hərəkatları güclənir.

ABŞ cəmiyyəti rasizm və nasionalizmin saxta müqəddəsliyindən təmizlənməkdədir. Obamanın iki dəfə seçilməsi İsrailə nifrətin apoqeyi oldu. Yeni solçu ideoloqlar hesab edirlər ki, ərəblərə qarşı olan İsrail Avropanın koloniya institutudur. Yeni antisionistlər İsrailin Avropa kolonializminin sələfi olaraq ləğv edilməsini istəyir. Nə qədər ki, Sovet İttifaqı və soyuq müharibə vardı, ABŞ İsraili balans üçün istəyirdi. Klintonun dövründə İsrailin birmənalı dəstəklənməsi dayandırıldı. Hətta İsrailin baş naziri İshaq Rabin fələstinlilərlə ərazi bölgüsünə hazır idi. Buna görə də ekstremist yəhudilər tərəfindən öldürüldü.

Bu gün ABŞ-da prezident seçkilərində İsrail-Fələstin konfliktinin tənzilənməsi əsas məsələ deyil. Amerika yəhudiləri demək olar ki, sionizmdən imtina edib. ABŞ-ın İsrailə tarixi münasibətini dəyişməsi İsraildə radikalları aktivləşdirib, ABŞ-dakı konservativ, reformist, rekonstruktivist qeyri-ortodoksal yəhudilər İsraildə qəbul edilmir.

İsrailin Trampı nə üçün dəstəkləməsi təqribən aydın olur. Demokratların ən azı İranla nüvə razılaşmasına getməsi xəyanət sayılır. Tramp ABŞ səfirliyni Qüdsə köçürdü və yəhudi paytaxtı kimi tanıdı. Tramp Qolan yüksəkliyini İsrail ərazisi kimi qəbul etdi. Holokost zamanı yəhudilərə dəyən zərərin ödənilməsi haqqında qanun imzaladı, antisemitizmlə mübarizəni qeyri-qanuni elan etdi. Amma seçkilərdən öncə keçirilən sorğulardan elə görünürdü ki, ABŞ yəhudiləri Baydenə səs veməyə hazırlaşır. Bu gün seçkidən 4 gün ötmüş olmasına baxmayaraq, bu günədək İsrail hökuməti Trampı dəstəkləyən bir bəyanat verməkdən boyun qaçırır.

BƏƏ və Bəhreynin İsraili rəsmən tanıması İsraili izolyasiyadan çıxara bilməyəcək. Ərəb şeyxləri daha çox anti-monarxist İrana qarşı İsrailin köməyinə ümid edir. Bu  aktual məsələlərdən biri də İsrail rejiminin süqutudur. Kimsəyə sirr deyil ki, dünyada siyasi prosesləri istiqamətləndirən başçılar öz ölkələrində xalqın nifrətini qazanıb.

Daha maraqlı bir nöqtə: ABŞ-da 3,4-5 mln müsəlman seçicidən 2 mln-u arasında sorğuda 61,5 faiz  Trampı dəstəkləyib. Sorğunu Türkiyənin Axşam qəzeti aparıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir