Kaliforniyada bekon tapılmaya bilər!

BUSP-az.com Rabobank-a  istinadən xəbər verir: Kaliforniyada ət qıtlığı yarana bilər. Heyvanların müdafiəsi haqqında yeni qanun donuz, dana, toyuq  ətindən istifadədə məhdudiyyətlər nəzərdə tutur. Kaliforniya restoranları və ərzaq mağazaları ayda 255 mln funt donuz əti realizə etdiyi halda fermalar cəmi 45 mln funt ət istehsal edir. Qarşıdakı ildən başlayaraq Kaliforniyada heyvanların müdafiəsi üçün yeni  qanun tətbiq ediləcək. Ət istehsalçıları nəzərdə tutulan miqdarda ət tədarük edə biləcəklərini düşünsələr də, əgər ət istehsalına müvəqqəti məhdudiyyət qoyulsa, Kaliforniya ət istehsalçıları müflis olacaq. Ölkədə istifadə olunan donuz ətinin 15 faizi Kaliforniyanın payına düşür. Məhdudiyyətlər şəraitində əhali ciddi ət qıtlığı ilə üzləşə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir