Kapitolidə olanlar təcili evakuasiya edilib!

BUSP-az.com Metro-ya istinadən xəbər verir: ABŞ Senatı binasında – Kapitolidə olanlar təcili evakuasiya edilib. Səbəb Kapitoli yaxınlığında evsizlərin düşərgəsində baş vermiş yanğın olub. Bu barədə Global National-ın jurnalisti Jackson Proskow öz tvitter hesabında video yerləşdirib. Yanğın söndürülüb, zərər çəkən olmayıb. Kapitolidən evakuasiya isə təhlükəsizlik tədbiri kimi həyata keçirilib. Hadisə baş verən zaman yeni ABŞ prezidenti Co Baydenin 20 yanvarda baş tutacaq inauqurasiya mərasiminə hazırlıq tədbiri keçirildiyi bildirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir