Los-Ancelesdə 6 gün ərzində qətllər 250% artıb

Busp-az.com Americaru-com-a istinadən xəbər verir: Los-Anceles polis idarəsinin verdiyi məlumata görə şəhərdə 31 may-6 iyun arası qətllərin sayı 250% artıb, kriminogen vəziyyət hər saat ağırlaşır. Odlu silahla qətllər 56% çoxalıb. Son 24 saatda 4 atışma qeydə alınıb, bir nəfər qətlə yetirilib. Polis şübhəliləri axtarır. Aprel ayında koronavirus karantininə görə cinayətkarlıq statistikası 23 % azalmışdı. Amma qara dərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi bütün Amerikanı qarışdırdı. Təkcə ABŞ yox, dünyanın müxtəlif ölkələrində polis özbaşınalığı, irqi ayrıseçkiliyə etiraz aksiyaları bu gün də davam edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir