Mask könüllüləri Marsa ölümə göndərir!

BUSP-az.com Hi-tech.news-a istinadən xəbər verir: Elon Mask (ABŞ-Kanadalı biznesmen, Cənubi Afrika Respublikasında doğulub, SpaceX-da icraçı (CEO) və texniki (CTO) direktor, Tesla Motors-da icraçı direktor (CEO) və SolarCity-nin sədridir. Mask Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin qurucusudur.) növbəti dəfə Marsın koloniyalaşdırılmasından danışıb. O, bu  qaranlıq səfəri Antarktidanın fəthinə bənzədir. Mask deyib ki, könüllü gənclər üçün maraqlı macəra olan bu səfərdə çoxları həlak olacaq.

SpaceX-ə görə Marsda ilk insanlar 2026-cı ildə yerləşə bilər. Proqram çərçivəsində səfər üçün könüllülər toplanacaq. Layihə sahibləri indidən etiraf edirlər ki, Marsdan qayıtmaq mümkün olmayacaq.

SpaceX – şəxsi kompaniyadır. Tesla kimi birjaya çıxmadığından aksiyaçılar Maskı bu ağılsız addımdan çəkindirə bilmir. Mask isə ilk müsafirlərə yaxşı nəsə vəd etmir. Mask Piter Diamandislə XPRIZE kanalı üçün söhbətdə deyib: Siz bunun təhlükəsini başa düşün. Missiya uzunmüddətlidir və gedənlər qayıtmaya bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir