“McDonalds”ın klounu Ronald xalqı təqib edib!

BUSP-az.com Lenta.ru-ya istinadən xəbər verir: “McDonalds” kompaniyasının təbliğat personajı kloun Ronald Makdonald bu şəbəkəni sevməyənlərin hədəfində olub. 1980-ci ildə aktyor olmuş, Vyetnam müharibəsinin veteranı Co Maqqard iddia edir ki, bu klounun rolunda məhz o çıxış edib. Maqqard bütün reklam roliklərinə çəkildiyini deyir. Amma kompaniya bildirir ki, Maqqard heç vaxt “McDonalds”ın rəsmi işçisi olmayıb, cəmi bir dəfə aktyor xəstələndiyi zaman Maqqard onu əvəz edib. Əgər Maqqard kloun Ronald adı ilə soyğuçuluq edib tutulmasaydı, çətin ki onun adı bu qədər məşhurlaşardı. Maraqlıdır ki, Maqqardın kloun Ronald libasında əhaliyə hücumları hərəkat şəkli alıb. Qəddar klounlar hərəkatı adlanan bu hərəkat şəhərdə, şəhər ətrafında, meşələrdə insanları qorxutmaqla məşğul olublar. Bu hərəkatı “McDonalds”dan narazıların anti-reklam hərəkatı kimi dəyərləndirənlər də var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir