McDonaldsın lotereya fırıldağı

BUSP NYpost.com-a istinadən xəbər verir: McDonaldsın 24 milyon dollarlıq fırıldaqçılığını ifşa edən sənədli film efirə çıxıb. McDonaldsda lotereya satışı əsas satışı 40 faiz üstələyib.
1987-ci ildə McDonalds Monopoliya oyunu üzərində qurulmuş orijinal lotereya buraxıb. Hamburger, kartof qızartması, içkilər üzərində xüsusi lotereya biletləri olub. Uduşda file-o-fişdən avtomobil, 1 mln dollara qədər pul olub. File-o-fiş balıq sandviçidir. Uduş müştərilərin ağlını başından almışdı. Nəhəng fastfud biznesinin gəliri qısa müddətdə 40 faiz artdı və bu hal uzun illər davam etdi. Bu günlərdə nümayiş edilmiş McMillion $ sənədli filminin yaradıcılarından olan Brayn Lazart McDonaldsın lotereya fırıldağına görə 50 şəxsin mühakimə olunduğunu deyir. 12 il uzanan fırıldağın təşkilatçısı Cerri Cekobson olub. Monopoliya iyununda müştərilər 24 mln dollar aldadılıb. Cekobson ilk dəfə 1989-cu ildə 25 min dollar uduşu olan lotereyanı oğurlayıb, yerinə boş lotereya qoyub. Cekobson elə varlanıb ki, qısa müddətdə avtomobil kolleksiyaçıları cərgəsinə qatılıb. Cekobson sonradan Cerri Kolombo ilə tanış olub, Kolombo 1 milyon uduşun yarısından keçməyə razı “qaliblər” tapıb. Amma Cekobsona cəmi 50 min dollar vəd edib.
Yalnız 2000-ci ildə Daq Metyuz adlı agent bu fırıldağın izinə düşüb. Cekobson 12,5 mln dollar cərimələnib və 37 ay azadlıqdan məhrum olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir